Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında “Şuşa İli” ilə bağlı Vətən müharibəsi qaziləri ilə görüş keçirilib
Gömrük Akademiyasında “Şuşa İli” ilə bağlı Vətən müharibəsi qaziləri ilə görüş keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasında “Şuşa İli”nə həsr olunmuş Tədbirlər Planı çərçivəsində Şuşanı fəth edən Vətən müharibəsi qəhrəmanları ilə görüş keçirilib. Akademiyanın rəhbərliyinin, əməkdaşlarının və tələbələrinin iştirak ilə keçirilən görüşdə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatlı zabiti, 3-cü dərəcəli kapitan, orduda mayor İlqar Nurməmmədov, Daxili Qoşunların Xüsusi Təyinatlı Qüvvələrinin baş çavuşu Əfqan Zaxmayev, Daxili Qoşunların Xüsusi Təyinatlı Qüvvələrinin baş çavuşu Cavid Həsənov, “Böyük Qayıdış” Gənclər Təşkilatının idarə heyətinin üzvü, Aprel döyüşləri qazisi, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan baş leytenantı Əhliyət Mehdiyev iştirak ediblər.
Tədbir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükütla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Görüşdə açılış nitqi ilə çıxış edən Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov iştirakçıları salamlayaraq şəhid və qazilərin tələbə gənclər arasında tanıdılması, onların qəhrəmanlıqlarının təbliği istiqamətində təşkil edilən tədbirlərin əhəmiyyətindən bəhs edib. 44 günə Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdiyini vurğulayan Q. Novruzov azad olmuş torpaqlarda aparılan böyük quruculuq işlərindən də söz açıb. Akademiya rəisi çıxışının sonunda tədbirdə iştirak edən qazilərə minnətdarlığını bildirərək onlara ən xoş arzularını çatdırıb.
Tədbirdə çıxış edən Akademiyanın rəis müavini Cəmilə Namazova Akademiyada gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi diqqət ayrıldığını qeyd edərək qəhrəman qazilərimizlə keçirilən görüşün xüsusi önəm daşıdığını vurğulayıb. C.Namazova həmçinin Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın həyatları bahasına azad olunmuş torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanmasının hər birimiz üçün qürurverici olduğunu bildirib.
Daha sonra tədbirdə qazilərimiz - Əhliyət Mehdiyev, Cavid Həsənov, Əfqan Zaxmayev və İlqar Nurməmmədov çıxış ediblər. Onlar keçdikləri döyüş yolundan, rəşadətli ordumuzun gücü sayəsində torpaqlarımızın düşmən tapdağından azad edilməsi barəsində
bəhs edərək, müharibə ilə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.
Tədbirdə tələbələri maraqlandıran suallar qazilər tərəfindən ətraflı cavablandırılıb.