Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında “Work4CE” layihəsinin beynəlxalq tədbirinə dair iclas keçirilib

Gömrük Akademiyasında “Work4CE” layihəsinin beynəlxalq tədbirinə dair iclas keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Erasmus+ proqramının “Ali Təhsildə Potensialın Gücləndirilməsi” kateqoriyası üzrə “Work4CE” konsorsium layihəsi çərçivəsində keçiriləcək beynəlxalq tədbirə hazırlıq məqsədilə iclas keçirilib.
Akademiya rəhbərliyinin və əməkdaşlarının iştirakı ilə keçirilmiş iclasda layihə çərçivəsində baş tutacaq tədbirlə bağlı fikir mübadiləsi aparıb, iştirakçılar qarşısında qoyulan öhdəliklər və zəruri addımlar müzakirə olunub.
Qeyd edək ki, Gömrük Akademiyası Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Erasmus+ proqramı çərçivəsində “Work4CE” konsorsiumunun icraedici strukturunda Azərbaycanı təmsil edir.

Avropa Komissiyasının bu layihəniт məhsulu olan nəşrin hazırlanmasına dəstəyi, müxtəlif müəlliflərin fikirlərini əks etdirən məzmunun təsdiqini təşkil etmir və Komissiya layihə çərçivəsində təqdim olunan məlumatların istifadəsi ilə bağlı məsuliyyət daşımır