Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının rəhbərliyi, əməkdaşları və tələbələri Vətən müharibəsi şəhidinin anım günündə iştirak ediblər

Gömrük Akademiyasının rəhbərliyi, əməkdaşları və tələbələri Vətən müharibəsi şəhidinin anım günündə iştirak ediblər

44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızdan biri– Sabunçu rayonu Zabrat qəsəbəsi şəhidi Nəsirov Əfqan Ramil oğlunun anım günü qeyd olunub. Anım günü münasibətilə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəhbərliyi, bir qrup əməkdaşı və tələbələri Sabunçu rayonu Bakıxanov qəsəbəsində şəhidin məzarını ziyarət edərək önünə gül dəstələri düzüb, ruhlarına dualar oxuyub, əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Anım günü münasibətilə keçirilən mərasimdə iştirak edən Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov öz adından və Akademiyanın kollektivi adından şəhidin ailəsinə dərin hüznlə başsağlığı verib, onlara səbir diləyib, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın həyatları bahasına azad olunmuş torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanmasının hər birimiz üçün qürurverici olduğunu bildirib. Qulu Novruzov ərazi bütövlüyümüz uğrunda canından keçən bütün Vətən şəhidlərinin hər zaman Azərbaycan tarixinin qəhrəmanları olaraq xatirələrdə yaşayacaqlarını qeyd edib.

 

Tədbirdə çıxış edənlər şəhidimizlə bağlı xatirələrini bölüşüb, göstərdiyi qəhrəmanlıqlar və keçdiyi döyüş yolu haqqında söhbət açıblar.

 

Mərasimdə Akademiyanın tələbələri Vətən qəhrəmanlarına həsr edilən şeirlər səsləndiriblər.

 

Allah rəhmət eləsin!

Şəhidlər ölməz, Vətən bölünməz!