Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının bir qrup əməkdaşı Vətən müharibəsi şəhidinin anım mərasimində iştirak ediblər

Gömrük Akademiyasının bir qrup əməkdaşı Vətən müharibəsi şəhidinin anım mərasimində iştirak ediblər

Dövlət Gömrük Komitəsinin Akademiyasının Vətən Müharibəsi Qəhrəmanı şəhid Mansurov Elçin Elşad oğlunun  anım mərasimində iştirak edərək əziz xatirəsini dərin ehtiramla yad ediblər.  

Əməkdaşlar Akademiyanın rəhbərliyi və kollektivi adından ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşən şəhid Mansurov Elçinin anası Məleykə xanıma və yaxınlarına dərin hüznlə başsağlığı verərək səbir diləyib, Elçinin timsalında canından keçən bütün Vətən şəhidlərinin hər zaman Azərbaycan tarixinin qəhrəmanları olaraq xatirələrdə yaşayacaqlarını bildiriblər.

Qeyd edək ki, Azərbaycan Ordusunun mayoru olan Elçin Mansurov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına savaşaraq şəhidlik zirvəsinə ucalıb.

Allah rəhmət eləsin!

Şəhidlər ölməz, Vətən bölünməz!