Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının bir qrup əməkdaşı və tələbələri Vətən müharibəsi şəhidinin xatirəsinin əbədiləşdirilməsi mərasimində iştirak ediblər

Gömrük Akademiyasının bir qrup əməkdaşı və tələbələri Vətən müharibəsi şəhidinin xatirəsinin əbədiləşdirilməsi mərasimində iştirak ediblər

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızdan biri olan Əsgərli Tural Ələmdar oğlunun yaşadığı Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən küçəyə onun adı verilib.

Ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidimizin xatirəsini əbədiləşdirmək məqsədilə yaşadığı binanın üzərinə şəhidin barelyefi vurulub. Sabunçu rayon ictimaiyyətinin və şəhidin ailə üzvlərinin iştirakı ilə keçirilən mərasimdə Dövlət Gömrük Komitəsinin Akademiyasının bir qrup əməkdaşı və tələbələri iştirak edərək şəhidin şəklinin önünə gül dəstələri düzüb və əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Akademiyanın rəis müavini Araz Aslanlı mərasimdə çıxış edərək Akademiyanın rəhbərliyi və kollektivi adından tədbir iştirakçılarını salamlayıb, 44 günlük Vətən müharibəsində tarixi qələbənin sevincini bizə yaşadan şəhidlərimizin ruhu qarşısında daim borclu olduğumuzu, qəhrəman oğullarımızın xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını bildirib. Araz Aslanlı bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyib.

Tədbirdə çıxış edən şəhid Tural Əsgərlinin ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.

Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi rayon sakinləri tərəfindən böyük rəğbət və minnətdarlıq hissi ilə qarşılanıb.