Gömrük Akademiyasının əməkdaşı beynəlxalq konfransda iştirak edib
"Antikontrafakt" Beynəlxalq Assosiasiyanın təşkilatçılığı ilə "Müasir dövrdə kontrafakt məhsulların qeyri-qanuni dövriyyəsinə qarşı mübarizədə gənclərin rolu" mövzusunda beynəlxalq konfrans keçirilib.
Onlayn formatda təşkil olunan konfransda Akademiyanın Beynəlxalq əməkdaşlıq üzrə mütəxəssisi Leyla Nəcəfova iştirak edib.
Tədbirdə Leyla Nəcəfova "Kontrafakt məhsulların gömrük ərazisinə idxal edilməsi ilə mübarizədə Azərbaycanın təcrübəsi" mövzusunda məruzə ilə çıxış edib.
Tədbirin davamında mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb. İnteraktiv müzakirələrin sonunda məruzəçilər tərəfindən konfrans iştirakçılarının sualları ətraflı olaraq cavablandırılıb.
Qeyd edək ki, konfrans nəticələrinə əsasən seçilmiş məruzələrin müəllifləri 26-27 sentyabr 2022-ci il tarixlərində Bişkekdə keçiriləcək elmi-praktiki konfransda iştirak etmək üçün dəvət əldə edəcəkdir.