Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyası ilə AMEA İnformasiya Texnologiyaları İnstitutu arasında görüş keçirilib

Gömrük Akademiyası ilə AMEA İnformasiya Texnologiyaları İnstitutu arasında görüş keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyası ilə AMEA İnformasiya Texnologiyaları İnstitutu arasında görüş keçirilib. Qarşılıqlı maraq doğuran sahələr üzrə ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məqsədilə təşkil olunan görüşdə Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, AMEA-nın vitse-prezidenti, İnstitutun baş direktoru, akademik Rasim Əliquliyev və hər iki tərəfin nümayəndə heyəti iştirak ediblər.

Görüşdə çıxış edən Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov səmimi qonaqpərvərliyə görə institutun rəhbərliyinə öz təşəkkürünü bildirib. Qulu Novruzov Dövlət Gömrük Komitəsinin Akademiyasının yaranması, tədris prosesi və beynəlxalq əməkdaşlıq sahəsindəki fəaliyyəti haqqında ətraflı məlumat verərək gömrük orqanlarının fəaliyyətinin səmərəli təşkilində İT sahəsi üzrə mütəxəssis hazırlığının həyata keçirilməsinin vacib rolunu xüsusilə vurğulayıb. Akademiyanın rəisi ölkəmizdə İnformasiya Texnologiyalarınınelm kimi formalaşmasında İnstitutun müstəsna rolunu qeyd edərək, İT sahəsi üzrə kadr hazırlığının həyata keçirilməsində Akademiya ilə İnstitut arasında yarana biləcək əməkdaşlıq əlaqələrinin gələcək perspektivlərindən də söz açıb. Çıxışın sonunda Qulu Novruzov keçirilən görüşün ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinə mühüm töhfə verəcəyini əminliklə qeyd edib.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru Rasim Əliquliyev qonaqları salamlayaraq, onları rəhbərlik etdiyi elmmüəssisəsində görməkdən məmnun olduğunu bildirib. Rasim Əliquliyev gömrük orqanlarının peşəkar kadrlarla təmin edilməsi istiqamətində Akademiyanın səmərəli fəaliyyətini yüksək qiymətləndirərək gömrük sistemində aparılan uğurlu islahatlar nəticəsində Azərbaycanın gömrük xidmətinin müasir dövrümüzdə dünya standartlarına cavab verən qurum kimi formalaşdığını qeyd edib. Rəhbərlik etdiyi institutun yaranma tarixi, əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumatı diqqətə çatdıran alim, İT sahəsi üzrə kadr potensialının genişləndirilməsi məqsədilə birgə fəaliyyətin hər iki tərəf üçün səmərəli olacağını əminliklə vurğulayıb.

Daha sonra görüşdə qarşılıqlı maraq doğuran sahələr üzrə fikir mübadiləsi   aparılaraq ikitərəfli münasibətlərin gələcək inkişaf perspektivləri müəyyən edilib.