Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında yaz semestrinin imtahan sessiyası başlayıb

Gömrük Akademiyasında yaz semestrinin imtahan sessiyası başlayıb

    Dövlət Gömrük Komitəsinin Akademiyasında 2021/2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası başlayıb. Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzovun müvafiq sərəncamı ilə sessiya müddətində imtahanların mövcud normativ sənədlər əsasında təşkil edilməsi və onların gedişatına nəzarətin həyata keçirilməsi məqsədilə imtahan qərargahı yaradılıb.

    Sessiya müddətində  şikayətlərin araşdırılmasını təmin etmək üçün apelIyasiya komissiyası da fəaliyyət göstərir.

    Qeyd edək ki, 2021/2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası iyul ayının 8-də yekunlaşacaqdır.