Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında “Təhsil prosesində təşəbbüskarlıq” mövzusunda təlim keçirilib

Gömrük Akademiyasında “Təhsil prosesində təşəbbüskarlıq” mövzusunda təlim keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında “Təhsil prosesində təşəbbüskarlıq” adlı maarifləndirici tədbir təşkil olunub. Akademiyanın əməkdaşlarının və tələbələrinin iştirakı ilə keçirilən təlim Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin (İTE) direktoru, dosent İsa Qasımov tərəfindən təqdim edilib.

Təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi, tələbələrin innovativ ideyalarını inkişaf etdirmək məqsədilə təşkil edilən tədbirdə İsa Qasımov təhsil və innovasiya prosesinin əlaqəsi, təşəbbüskarlığın əhəmiyyəti, onun mərhələləri, insan kapitalı və dəyişən şərtlər, ideyanın inkişafı və problemlər, xarici ölkələrin modelləri əsasında biznesdə innovasiyaların tətbiqi yolları, həmçinin digər maraqlı məqamlar barəsində tədbir iştirakçılarına geniş məlumat verib.

Daha sonra mövzu ətrafında müzakirələr aparılıb, tələbələri maraqlandıran suallar məruzəçi tərəfindən ətraflı cavablandırılıb.