Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının tələbələri "Vətəndaşlar üçün sığorta xidmətləri" mövzusunda keçirilən təlimdə iştirak ediblər

Gömrük Akademiyasının tələbələri "Vətəndaşlar üçün sığorta xidmətləri" mövzusunda keçirilən təlimdə iştirak ediblər

Aprelin 24-də Dövlət Gömrük Komitəsinin Akademiyasının əlavə təhsilin təkrar ali təhsil istiqaməti üzrə təhsil alan tələbələrinə "Vətəndaşlar üçün sığorta xidmətləri" mövzusunda təlim keçirilib. Azərbaycan Respublikasının Mərkəzi Bankının Maliyyə savadlılığı layihəsi çərçivəsində təşkil edilən vebinar “Azərbaycan Dəmir Yolları” QSC-nin İnsan resursları idarəsinin Maarifləndirmə və inkişaf mərkəzinin rəisi, Azərbaycan Bank Tədris Mərkəzinin eksperti Pərviz Quliyev tərəfindən təqdim edilib.

Maliyyə bilikləri və bacarıqlarının artırılması məqsədilə təşkil edilən təlimdə Pərviz Quliyev gündəlik həyatda qarşımıza çıxa bilən risklərdən müdafiə sistemi kimi sığortanın mahiyyəti, sığorta ödənişləri və bu sahədə fəaliyyət göstərən qurumlar barəsində bəhs edib. O, həmçinin sığortanın əhəmiyyəti, sığortanın funksiyaları, sinifləri, növləri və üstünlükləri barədə təlim iştirakçılarına ətraflı məlumat verib.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.