Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında mübadilə proqramları haqqında məlumat sessiyası keçirilib

Gömrük Akademiyasında mübadilə proqramları haqqında məlumat sessiyası keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında mübadilə proqramları ilə bağlı məlumat sessiyası keçirilib. 

 

Tədbirdə Akademiyanın Beynəlxalq əməkdaşlıq üzrə koordinator Elvin Mecidov və mütəxəssis Leyla Nəcəfova tərəfindən tələbələrə  Akademiyanın beynəlxalq əməkdaşlıq sahəsindəki fəaliyyəti, xaricdə təhsil və təqaüd imkanları, mübadilə proqramlarına müraciət qaydaları, müsabiqədə iştirak etmək üçün əsas şərtlər və tələb olunan sənədlər barədə geniş məlumat verilib. 

 

Məlumat sessiyasında qısa müddətlik (1 və ya 2 semestr ərzində) Litva Respublikasının ali təhsil müəssisələrində təhsil almağa imkan yaradan təqaüd proqramı, proqrama müraciət qaydaları, həmçinin Akademiyanın tərəfdaşları olan Litva Respublikasının Mikolas Romeris Universiteti və Türkiyənin Altınbaş Universitetlərinin məhz Akademiya tələbələri üçün təklif etdiyi imkanlar ilə bağlı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb. 

 

Daha sonra Akademiyanın Litva Respublikasının Mikolas Romeris Universiteti, Çin Xalq Respublikasının Şanxay Gömrük Kollecində təhsil alan tələbələri ilə yanaşı, hazırda təhsilini Türkiyənin Altınbaş Universitetində davam etdirən tələbələri də tədbirə onlayn qoşularaq öz təcrübələrini və təəssüratlarını iştirakçılar ilə bölüşüblər. 

 

Tədbirin sonunda tələbələri maraqlandıran suallar əməkdaşlar tərəfindən ətraflı cavablandırılıb.