Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyası ECAR layihəsi çərçivəsində keçirilən təlimdə iştirak edib

Gömrük Akademiyası ECAR layihəsi çərçivəsində keçirilən təlimdə iştirak edib

 

Erasmus+ layihəsi çərçivəsində Azərbaycan Universitetində Azərbaycan HR İnstitutunun dəstəyi ilə “Liderliyin əsasları” mövzusunda təlim keçirilib. Təlimdə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəis müavini prof. Cəmilə Namazova iştirak edib.

Təhsil Nazirliyinin və layihə konsorsiumunun üzvü olan ümumilikdə 16 ali təhsil müəssisəsinin nümayəndələrinin iştirakı ilə keçirilən təlimdə fərdi və korporativ performansın komponentləri, DİSC davranış modeli, Maslou nəzəriyyəsi, Herzberg nəzəriyyəsi, situativ liderlik modeli, feedback verilməsi qaydaları barəsində ətraflı məlumat verilib və qeyd olunan mövzular haqqında geniş müzakirələr aparılıb.

Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.

Qeyd edək ki, Erasmus+ proqramının “Ali Təhsildə Potensialın Gücləndirilməsi” kateqoriyası sahəsinə aid olan, “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsi Bakı Biznes Universitetinin koordinatorluğu və Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin icra müddəti üç ildir. Gömrük Akademiyasının layihədə tərəfdaşlığı və iştirakı 2021-ci il ərzində layihə konsorsiumu və Avropa Komissiyası tərəfindən dəyərləndirilib, dekabr ayında isə təsdiqlənərək qəbul edilib.