Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında Tələbə Elmi Cəmiyyətinin seçki iclası keçirilmişdir
Gömrük Akademiyasında Tələbə Elmi Cəmiyyətinin seçki iclası keçirilmişdir
Akademiya əməkdaşlarının və tələbələrinin iştirakı ilə keçirilən iclasda Akademiyanın rəis müavini Cəmilə Namazova giriş nitqi ilə çıxış edərək ali təhsil ocağının hərtərəfli inkişafından, TEC-in fəaliyyətinin əhəmiyyətindən və bu işdə tələbələrin rolundan ətraflı bəhs etmişdir. Cəmilə Namazova tələbələrin elmi-tədqiqat işlərinə cəlb olunması, elmi axtarışlar aparılması işinin Tələbə Elmi Cəmiyyətinin ən önəmli vəzifələrindən biri olduğunu qeyd etmişdir. Akademiyanın rəis müavini tələbələri seçkilərdə fəal iştirak etməyə və obyektiv olmağa çağıraraq, namizədlərə seçkilərdə uğurlar arzulamışdır.
Namizədlər platformalarını açıqladıqdan sonra səsvermə keçirilmişdir. Gizli səsvermə yolu ilə keçirilən seçkilərdə Akademiyanın Beynəlxalq ticarət və logistika ixtisasının II kurs tələbəsi Hüseynzadə Hüseyn Tələbə Elmi Cəmiyyətinin sədri seçilmişdir. İclasda həmçinin Akademiyada tədris olunan ixtisaslar üzrə TEC-in 25 nəfərlik idarə heyətinin tərkibində beş elmi mərkəz yaradılaraq mərkəzlərə yeni rəhbər və üzvlər təyin olunmuşdur.
Daha sonra Akademiyanın Tədris-metodiki işin təşkili şöbəsinin rəisi İslam Hüseynov TEC-in yeni təyin olunan sədr və idarə heyətini təbrik edərək Tələbə Elmi Cəmiyyətinə olan gözləntilərdən bəhs etmişdir. O, cəmiyyətin elmi-təşkilati tədbirləri həyata keçirməsi ilə tələbələrin bu istiqamətdə daha da aktivliyinin artacağını əminliklə vurğulamış və onlara bu istiqamətdə gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
Sonda Katibliyin sədri Azər Seyidov da öz növbəsində tələbələrə elmi işlə ciddi məşğul olmağı tövsiyə etmiş və TEC-in yeni heyətinə xoş arzularını çatdırmışdır.