Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının tələbələri Gənclər Günü münasibətilə keçirilən festivalda iştirak ediblər

Gömrük Akademiyasının tələbələri Gənclər Günü münasibətilə keçirilən festivalda iştirak ediblər

Sabunçu Rayon İcra Hakimiyyəti, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Sabunçu Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə “Balaxanı Gənclər Festivalı” keçirilib. Sabunçu rayon Balaxanı qəsəbəsində rayon üzrə bir çox təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilən festivalda Dövlət Gömrük Komitəsinin Akademiyası da təmsil olunub.

Tədbirdə Dövlət Gömrük Komitəsinin Akademiyası haqqında qurulan məlumat stendi tədbir iştirakçılarının marağına səbəb olub. Stenddə Akademiyanın təhsil, elm və sosial-mədəni sahələrdəki fəaliyyətini özündə əks etdirən jurnallar, kitablar nümayiş olunub, iştirakçılara bukletlər paylanıb. Akademiya tələbələri tədbir iştirakçılarına təhsil aldıqları ali təhsil müəssisəsi haqqında geniş məlumat veriblər. Festivalda həmçinin müxtəlif yaş qruplarından olan gənclərin ifasında mahnılar səsləndirilib, rəqslər ifa olunub və kiçik tamaşalar nümayiş etdirilib.

Tədbirin sonunda festival iştirakçıları ilə birgə xatirə şəkli çəkdirilib.