Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının tələbələri Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) vebinarında iştirak ediblər
Gömrük Akademiyasının tələbələri Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) vebinarında iştirak ediblər
Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) təşkilatçılığı ilə "Ticarətin Asanlaşdırılması Sazişi üzrə Milli Komitələrin fəaliyyəti faydalıdırmı?" mövzusunda növbəti vebinar keçirilib. Təşkil olunan vebinarda Dövlət Gömrük Komitəsinin Akademiyasının beynəlxalq əməkdaşlıq üzrə mütəxəssisi Leyla Nəcəfova, eləcə də Beynəlxalq ticarət və logistika ixtisasının tələbəsi Pərvanə Qədirova, İqtisadiyyat ixtisasının tələbələri Mənsurə Abdullayeva və Şəfa Məlikzadə iştirak ediblər.Vebinarın təqdimatçısı Pol Xansen Ümumdünya Ticarət Təşkilatının (ÜTT) Ticarətin Asanlaşdırılması Haqqında Saziş və Ticarətin Asanlaşdırılması Sazişi üzrə Milli Komitələr barədə ətraflı məlumat verərək Milli Komitələrin son illərdəki fəaliyyət istiqamətləri haqqında danışıb.
Daha sonra tədbirdə Ticarətin Asanlaşdırılması Sazişi üzrə Milli Komitələrin strukturu və işlərinin təşkili haqqında məlumatın əldə edilməsi üçün mövcud elektron resurslar və məlumat bazaları, COVİD-19 pandemiyasının Milli Komitələrin fəaliyyətlərinə təsiri, 2022-ci ildə keçiriləcək Ticarətin Asanlaşdırılması Sazişi üzrə Milli Komitələrin Qlobal Forumu və s. mövzular ətrafında müzakirələr aparılıb.
Tədbirin sonunda vebinarın mövzusuna dair iştirakçılar ilə fikir mübadiləsi aparılmış və onları maraqlandıran suallar cavablandırılmışdır.