Baş səhifə
Xəbərlər
Akademiya
Dövlət Gömrük Komitəsinin Akademiyasının bir qrup əməkdaşı və tələbələri Sabunçu rayonu Maştağa qəsəbəsində Vətən müharibəsi şəhidinin anım günündə iştirak edib
Dövlət Gömrük Komitəsinin Akademiyasının bir qrup əməkdaşı və tələbələri Sabunçu rayonu Maştağa qəsəbəsində Vətən müharibəsi şəhidinin anım günündə iştirak edib
Noyabrın 17-də 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızdan biri, Ağayev Vahid Məcnun oğlunun anım günü qeyd olunmuşdur. Anım günü münasibətilə Dövlət Gömrük Komitəsinin Akademiyasının bir qrup əməkdaşı və tələbələri şəhidin məzarını ziyarət edərək, önünə gül dəstələri düzmüş, ruhuna dualar oxumuş, əziz xatirəsini ehtiramla yad etmişdirlər.
Akademiyanın əməkdaşları şəhidin ailəsinə dərin hüznlə başsağlığı verərək səbir diləmiş, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın həyatları bahasına azad olunmuş torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanmasının hər birimiz üçün qürurverici olduğunu bildirmişdirlər.
Mərasim iştirakçıları çıxış edərək tarixi qələbənin qazanılmasında şücaət və qəhrəmanlıq göstərərək canından keçən Vahid Ağayevin timsalında bütün şəhidlərimizə rəhmət diləmişlər.
Allah rəhmət eləsin!
Şəhidlər ölməz, Vətən bölünməz