Baş səhifə
Xəbərlər
Akademiya
Akademiyanın tələbələri Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) vebinarında iştirak etdilər

Akademiyanın tələbələri Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) vebinarında iştirak etdilər

     Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) təşkilatçılığı ilə 19 noyabr tarixində "GoTrade: Niyə özəl şirkətlər ticarət və gömrük potensialının inkişafına investisiya qoymaq istəsin?" mövzusunda vebinar keçirilmişdir. Təşkil olunan vebinarda Dövlət Gömrük Komitəsinin Akademiyasının Gömrük işi və idarəetmə kafedrasının müdiri Elvin Əlirzayev, beynəlxalq əməkdaşlıq üzrə mütəxəssisi Leyla Nəcəfova, eləcə də Hüquqşünaslıq ixtisasının tələbələri Sübhan Qarayev və Mahmud Bayramov, Beynəlxalq ticarət və logistika ixtisasının tələbəsi Cəlal Abbasov, İqtisadiyyat ixtisasının tələbələri Mənsurə Abdullayeva və Şəfa Məlikzadə iştirak etmişdirlər.   

 

     Vebinarın təqdimatçısı Stiven Pop rəhbərlik etdiyi "Go Trade" və "Deutsche Post DHL Group" şirkətləri barədə ətraflı məlumat verərək, şirkətlərin son illərdəki fəaliyyət istiqamətləri haqqında danışmışdır. Daha sonra INCU-nun Prezidenti David Viddovson və Katibliyinin rəhbəri Mixail Kaşubski tərəfindən Ümumdünya Ticarət Təşkilatının (ÜTT) Ticarətin Asanlaşdırılması Haqqında Saziş, ticarət və gömrük potensialının inkişafı, özəl sektordakı şirkətlərin bu inkişafdakı rolu və s. mövzular ətrafında müzakirələr aparılmışdır.  Tədbirin sonunda vebinarın mövzusuna dair iştirakçılar ilə fikir mübadiləsi aparılmış və iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.