Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında birinci kurs tələbələri üçün imtahan simulyasiyası təşkil edilib

Gömrük Akademiyasında birinci kurs tələbələri üçün imtahan simulyasiyası təşkil edilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında pandemiya ilə əlaqədar olaraq xüsusi karantin rejimi dövründə onlayn tədrisə cəlb olunmuş, Akademiyada ənənəvi qaydada təşkil edilən imtahanlarda iştirak etməmiş 1-ci kurs tələbələri üçün imtahan simulyasiyası təşkil edilib. Belə ki, Gömrük Akademiyasında 2020/2021-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının əyani formada keçirilməsi qərara alınıb. Ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər nəticəsində epidemioloji vəziyyətin yaxşılaşması, bu sahədəki müsbət dinamika sayəsində imtahanların ənənəvi təşkilinin mümkünlüyü, həmçinin tədrisin və imtahanların təşkilində ənənəvi və distant formaların müqayisəsi zamanı birmənalı olaraq əyani formanın üstünlüklərinin olması nəzərə alınaraq, Akademiyada imtahanlar əyani formada təşkil ediləcək. İmtahanların təşkili müddətində xüsusi karantin rejiminin tələblərinə tam riayət olunacaq.

İmtahan prosesinin bütün detalları ilə bağlı onlayn təhsil və imtahanlar zamanı tələbələr üçün nəzərdə tutulmuş güzəştlər (onlayn təhsilin məhdudiyyətlərini nəzərə alaraq materialların həcminin azaldılması, qiymətləndirmə ilə bağlı yanaşma və s.) qüvvədə qalacaq.

Xatırladaq ki, 2020/2021-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının əyani formada keçirilməsi qərarı ilə bağlı yarana biləcək suallara aydınlıq gətirilməsi məqsədilə bu günlərdə Akademiya rəhbərliyinin tələbə və valideynlərlə görüşü keçirilib.

 

İctimaiyyətlə əlaqələr şöbəsi