Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının tələbəsinin məqaləsi Almaniyada elmi jurnalda dərc olunub

Gömrük Akademiyasının tələbəsinin məqaləsi Almaniyada elmi jurnalda dərc olunub

Dövlət Gömrük Komitəsinin Akademiyasının “İqtisadiyyat” ixtisası üzrə 4-cü kurs tələbəsi Adilə Mürsəlovanın Almaniyanın Hamburq şəhərində 26-28 yanvar 2021-ci il tarixlərində keçirilmiş II Beynəlxalq Elmi-Praktik Konfransına təqdim etdiyi "Yanacaq və enerji resursları bazarında qiymət mexanizminə nəzəri və praktik yanaşmalar" adlı ingilis dilində məqaləsi sözügedən konfransın materiallarının dərc olunduğu “İnterConf” Elmi Nəşrlər Mərkəzinin (Almaniya) jurnalında çap edilib.
      Akademiyanın “Qiymət və qiymətləndirmə” fənni üzrə müəllimi İbrahim Quliyevin elmi rəhbərliyi ilə nəşr olunan məqalədə yanacaq-enerji resurslarının daxili və xarici bazarda qiymətlərinə təsir edən amillər, bu resursların son illərdə müxtəlif ölkələr, eləcə də Azərbaycan üzrə qiymət dinamikası, dəyişim səbəbləri göstərilərək təhlillər aparılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi