Baş səhifə
Xəbərlər
Akademiya
“Postmodernizm və xəyali iqtisadiyyat: Mərkəzləşdirilmiş maliyyə sisteminin gələcəyi” mövzusunda seminar keçirilib

“Postmodernizm və xəyali iqtisadiyyat: Mərkəzləşdirilmiş maliyyə sisteminin gələcəyi” mövzusunda seminar keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında TGT-nin "Eco-Btl" klubunun təşkilatçılığı ilə tələbələr üçün “Postmodernizm və xəyali iqtisadiyyat: Mərkəzləşdirilmiş maliyyə sisteminin gələcəyi”mövzusunda seminar keçirilib.
Tədbirdə giriş nitqi ilə çıxış edən kafedra müdiri, i.ü.f.d. Elvin Əlirzayev mövzunun əhəmiyyətindən söz açaraq postmodernizmin iqtisadiyyat sahəsindəki təsirini vurğulayıb və tələbələri müxtəlif mövzular üzrə keçirilən bu cür təlimlərdə aktiv iştirak etməyə dəvət edib.
Təlimçi Həsən Rəhimli postmodern iqtisadiyyatın ənənəvi maliyyə sistemlərinə təsirini və bu sahədə süni intellektin, eləcə də kriptovalyutaların rolunu ətraflı təhlil edib. H. Rəhimli xəyali iqtisadiyyat anlayışının mərkəzləşdirilmiş maliyyə sistemləri ilə əlaqələrini müzakirə edib, bu anlayışın iqtisadiyyatdakı rolu və gələcəkdə yarada biləcəyi dəyişikliklər barədə geniş məlumat verib.
Sonda tələbələri maraqlandıran suallar təlimçi tərəfindən ətraflı cavablandırılıb.