Baş səhifə
Xəbərlər
Akademiya
“Uğurlu xarici siyasət, uğurlu dövlət quruculuğu” mövzusunda seminar keçirilib
“Uğurlu xarici siyasət, uğurlu dövlət quruculuğu” mövzusunda seminar keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) “Uğurlu xarici siyasət, uğurlu dövlət quruculuğu” mövzusunda seminar keçirilib. Sabunçu Rayon İcra Hakimiyyətinin həyata keçirdiyi ideoloji maarifləndirmə işləri çərçivəsində təşkil edilən seminar Turizm və Menecment Universitetinin Strateji inkişaf məsələləri üzrə prorektoru Araz Aslanlı tərəfindən təqdim edilib.
Seminarda açılış nitqi ilə çıxış edən Azər Seyidov iştirakçıları salamlayaraq seminarın əhəmiyyətindən bəhs edib və dövlətin beynəlxalq arenadakı mövqeyinin gücləndirilməsinin və müsbət imicinin təbliğinin vacibliyini vurğulayıb.
Seminarda Araz Aslanlı tələbələrə uğurlu xarici siyasətin dövlət quruculuğuna təsiri və mövcud çağırışlara cavab vermək üçün aparılan siyasət strategiyaları, dövlətin beynəlxalq aləmdə müsbət imicinin formalaşdırılması və gücləndirilməsi haqqında geniş məlumat verib. A. Aslanlı ölkə başçısı cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə müasir Azərbaycan dövlətinin Ulu öndər Heydər Əliyevin siyasi kursu əsasında hərtərəfli inkişaf edərək qüdrətli və qalib ölkəyə çevrildiyini vurğulayıb. O, Azərbaycanın regionda və dünyada sülhün, sabitliyin və əməkdaşlığın təşviqində oynadığı mühüm rolu xüsusi ilə qeyd edib.
Seminar mövzu ətrafında müzakirələrlə davam edib.