Baş səhifə
Xəbərlər
Akademiya
DGKA rəhbərliyi qadınları təbrik edib

DGKA rəhbərliyi qadınları təbrik edib

Dövlət Gömrük Komitəsinin Akademiyasında 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə görüş keçirilib. Görüşdə Akademiyanın rəhbərliyi və əməkdaşları iştirak ediblər.
Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov Beynəlxalq Qadınlar Günü münasibətilə Akademiyanın xanım əməkdaşlarını təbrik edərək onlara can sağlığı, səadət və fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb. O, həmçinin Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırovun təbriklərini Akademiyanın xanım əməkdaşlarına çatdırıb və cəmiyyətimizdə qadınların əvəzsiz rolundan danışaraq, Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın həm ölkəmizdə, həm də xaricdəki əvəzsiz xidmətləri ilə Azərbaycan xanımlarını ən yüksək səviyyədə təmsil etdiyini vurğulayıb.
Ölkəmizdə dövlətin qadınlara göstərdiyi diqqət və qayğıdan bəhs edən Akademiya rəisi demokratik cəmiyyətin inkişafının təminatçısı olan qadınların dövlət idarəçiliyindən tutmuş ölkənin mədəni, pedaqoji, elmi həyatında öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirdiklərini vurğulayıb.
Sonda Qulu Novruzov Akademiyanın xanım əməkdaşlarının timsalında Vətən müharibəsi zamanı misli görünməmiş mətanət, fədakarlıq və möhkəm iradə nümayiş etdirən şəhid analarına, onların ömür-gün yoldaşlarına ən xoş arzularını çatdıraraq, yüksək hörmət və ehtiramını bildirib.
Görüşdə 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə xanımlara təbrik videoçarxı da nümayiş etdirilib.