Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının "Enactus" komandası "KhariSell" layihəsini təqdim edib
Gömrük Akademiyasının "Enactus" komandası "KhariSell" layihəsini təqdim edib
Dövlət Gömrük Komitəsinin Akademiyasının "Enactus" komandası “Enactus Azərbaycan” proqramı çərçivəsində Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) tərəfdaşlığı ilə 10-11 aprel 2021-ci il tarixlərində keçiriləcək “Enactus Azərbaycan Yaz Məktəbi”nin daxilində təşkil olunacaq onlayn milli çempionat üçün hazırladığı "KhariSell" layihəsini təqdim edib. Komanda bu adı xarıbülbüldən bəhrələnərək seçib. Məqsəd qalib ölkənin vətəndaşı olaraq ölkəmizin uğurlarının, milli atributların, Qarabağın dünyaya tanıdılmasıdır.
Layihə əsasında qurulacaq elektron platformada bacarıqlı şəxslərin əl əməyi vasitəsilə daha çox uğur qazanması üçün imkan yaradılacaq. Belə ki, hər kəs öz hazırladığı məhsulu onlayn platformada yerləşdirib sata biləcək. Satış həm ölkə daxili, həm də xaric üçün nəzərdə tutulur. Əsas qrup bölgələrdə yaşayan işsiz qadınlar və internat məzunlarıdır. Layihə çərçivəsində Qarabağdan olan qadınlara təlimlər keçirilərək xalça toxumaq öyrədiləcək və bu əl işlərinin satışı təşkil olunacaq. Bununla da, Qarabağ xalçalarının həm ölkəmizdə, həm xaricə satışı təşkil olunacaq ki, bu da mədəniyyətimizin təbliğinə imkan verəcək.
Qeyd edək ki, tələbələrdə biznes bacarıqlarını inkişaf etdirərək sahibkarlığın təşviq olunması məqsədi ilə həyata keçirilən “Enactus Azərbaycan Yaz Məktəbi”ndə müxtəlif layihələrlə yanaşı, biznes və startapların idarə olunması, biznes etikası, sosial və innovativ sahibkarlığa dair təlimlər yer alacaq.
İctimaiyyətlə əlaqələr şöbəsi