DGKA-nın tələbələri “Ölülər” tamaşasını izləyiblər
Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri Azərbaycan Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin təşkilati dəstəyi ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Ölülər” tamaşasını izləyiblər.
Qeyd edək ki, Cəlil Məmmədquluzadənin "Ölülər" əsərinin motivləri əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru xalq artisti, mərhum rejissor Azər Paşa Nemətovdur.