Baş səhifə
Xəbərlər
Akademiya
DGKA tələbələri istehsalat təcrübəsinə başlayıblar

DGKA tələbələri istehsalat təcrübəsinə başlayıblar

Fevralın 17-dən Dövlət Gömrük Komitəsinin Akademiyasının “Hüquqşünaslıq”, “İnformasiya təhlükəsizliyi” və “İnformasiya texnologiyaları” ixtisaslarının IV kurs tələbələri müxtəlif gömrük orqanları da daxil olmaqla digər dövlət və özəl qurumlarda istehsalat təcrübəsinə başlayıblar. Bu münasibətlə təcrübə keçəcək tələbələrlə görüş keçirilib.
Görüşdə tələbələrə istehsalat təcrübəsinin mahiyyəti və qaydaları, eyni zamanda onun təşkili ilə bağlı məsələlər izah olunub, müvafiq tövsiyələr verilib.
Eyni zamanda tələbələrin təhkim olunduqları idarələrdə də ayrıca görüşlər keçirilib, təcrübə prosesinin tələbələr üçün daha keyfiyyətli və səmərəli təşkili məsələləri müzakirə edilib.
Təhsil aldıqları ixtisas üzrə təcrübə keçəcək tələbələr müəssisələrin müxtəlif struktur bölmələrində mövcud iş prosesləri ilə tanış olacaq və müəyyən sahələrdə ilkin peşə vərdişlərinə yiyələnəcəklər.
Qeyd edək ki, hər üç ixtisas üzrə sonuncu kurs tələbələrinin istehsalat təcrübəsinin müddəti cari semestrin sonunda yekunlaşacaqdır.