DGKA-da Zəfər Gününə həsr olunmuş şahmat yarışı keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri arasında Zəfər Gününə həsr olunmuş şahmat yarışı keçirilib. TGT-nin “İdman” klubunun təşkilatçılığı ilə keçirilən yarışda Akademiyanın müxtəlif ixtisaslarında təhsil alan tələbələr iştirak ediblər.
3 turdan ibarət olan yarışın nəticələrinə əsasən Beynəlxalq ticarət və logistika ixtisasının III kurs tələbəsi Ramil Cəfərov I yerə, Hüquqşünaslıq ixtisasının III kurs tələbəsi Ayhan Zeynalov II və İqtisadiyyat ixtisasının IV kurs tələbəsi Məhəmməd Şəkərov III yerlərə layiq görülüblər.
Şahmat turnirin qalibləri Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov tərəfindən kubok və medallarla təltif ediliblər.
Qeyd edək ki, qaliblər FHN-in Akademiyasında keçirilən şahmat yarışında DGKA-nı təmsil ediblər.