Baş səhifə
Xəbərlər
Akademiya
DGKA-nın rəhbərliyi, əməkdaşları və tələbələri Vətən müharibəsi şəhidinin xatirəsinə həsr edilmiş tədbirdə iştirak ediblər
DGKA-nın rəhbərliyi, əməkdaşları və tələbələri Vətən müharibəsi şəhidinin xatirəsinə həsr edilmiş tədbirdə iştirak ediblər
Bakı Gənclər Mərkəzində 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızdan biri Ağacavad Mütəllimzadənin əziz xatirəsinə həsr olunmuş “Hinal qartalı” filminin təqdimat mərasimi keçirilib. Tədbirdə şəhid ailələri, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri ilə yanaşı Dövlət Gömrük Komitəsinin Akademiyasının rəhbərliyi, əməkdaşları və tələbələri də iştirak ediblər.
Tədbirin açılışında ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Açılış nitqi ilə çıxış edən Vətən müharibəsi şəhidimizin anası Nailə Mütəllimzadə övladının keçdiyi şərəfli döyüş yolundan, filmin ərsəyə gəlməsindən söz açaraq şəhidlərimizin xatirəsinin daim yaşadılmasının vacibliyini və onların mübarizəsinin gələcək nəsillərə örnək olacağını qeyd edib.
Tədbirdə çıxış edən Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun qazandığı tarixi Zəfərdən, qəhrəmanlarımızın keçdiyi döyüş yolundan bəhs edərək bütün Vətən şəhidlərinin hər zaman Azərbaycan tarixinin qəhrəmanları olaraq xatirələrdə yaşayacaqlarını qeyd edib.
Digər çıxış edənlər də şəhidlərimizin ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda göstərdikləri fədakarlıqlardan söz açaraq onların mübarizəsinin hər bir azərbaycanlının qəlbində daima yaşayacağını qeyd ediblər.
Daha sonra bədii hissə ilə davam edən tədbirdə şəhid Ağacavad Mütəllimzadənin əziz xatirəsinə ithaf olmuş “Hinal qartalı” filmi təqdim edilib.