Baş səhifə
Xəbərlər
Akademiya
DGKA-nın əməkdaşı beynəlxalq konfransda iştirak edib

DGKA-nın əməkdaşı beynəlxalq konfransda iştirak edib

Özbəkistan Respublikasının İqtisadiyyat və Maliyyə Nazirliyi yanında Gömrük Komitəsinin Gömrük İnstitutunun təşkilatçılığı ilə "Gömrük sisteminin inkişafında yeni çağırışlar, prioritet istiqamətlər və tendensiyalar: qlobal aspekt” mövzusunda beynəlxalq konfrans keçirilib.

Hibrid formatda təşkil olunan konfransda müxtəlif ölkələrin gömrük orqanları və universitetlərinin tədqiqatçıları rus və özbək dillərində məruzələrlə çıxış ediblər.

Konfransın açılışında təşkil olunmuş plenar iclasda Dövlət Gömrük Komitəsinin Akademiyasının “Gömrük işi və idarəetmə” kafedrasının müdiri, i.ü.f.d. Elvin Əlirzayev kafedranın müəllimi Əliağa Pirquliyev ilə birgə hazırladığı “Neft-qaz sənayesində boruların örtüklənməsi müəssisələri üzrə məhsuldarlığın, təchizat zəncirinin səmərəliliyinin və dayanıqlılığın artırılması” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi Akademiya rəhbərliyi adından konfrans iştirakçılarını salamlayaraq, Xəzər hövzəsində olan müəssisələrin istehsalat prosesində qarşılaşdıqları əsas məsələlər və çıxış yolları haqqında bəhs edib.

Tədbirin davamında mövzular ətrafında fikir mübadiləsi aparılıb. İnteraktiv müzakirələrin sonunda məruzəçilər tərəfindən konfrans iştirakçılarının sualları ətraflı cavablandırılıb və iştirakçılara sertifikatlar təqdim olunub.