Baş səhifə
Xəbərlər
Akademiya
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi DGKA tələbələri üçün infosessiya keçirib
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi DGKA tələbələri üçün infosessiya keçirib
Dövlət Gömrük Komitəsinin Akademiyasında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin əməkdaşları tərəfindən məlumatlandırma sessiyası keçirilib.
Görüşdə çıxış edən Mərkəzin Akademik heyətinin üzvü Fərzəli Vəliyev təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri, qlobal kibertəhdidlər və risklər haqqında bəhs edib. O, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İsrailin “Technion” Texnologiya İnstitutu ilə birgə təsis etdiyi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin təlimləri haqqında məlumat verərək tələbələri təlimlərin 5-ci dalğasında iştirak etməyə dəvət edib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, Akademiyanın İnformasiya təhlükəsizliyi ixtisasının IV kurs tələbəsi Fəridə Daşdəmirova sözügedən təlimlərin bütün seçim mərhələlərini uğurla tamamlayaraq təlimlərin 4-cü dalğasında iştirak edir.