Baş səhifə
Xəbərlər
Akademiya
DGKA-nın komandası ekoloji hüquqpozmalarla mübarizəyə həsr olunan yarışda uğurla iştirak ediblər

DGKA-nın komandası ekoloji hüquqpozmalarla mübarizəyə həsr olunan yarışda uğurla iştirak ediblər

Milli prokurorluq orqanlarının yaradılmasının 106-cı ildönümü ilə əlaqədar tələbə və kursantlar arasında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində interaktiv yarış keçirilib. Baş Prokurorluqda baş tutan yarışda digər iştirakçılarla yanaşı Dövlət Gömrük Komitəsinin Akademiyasının “Hüquq və humanitar elmlər” kafedrasının müdiri Hakim Əzizov və Akademiyanın “Hüquqşünaslıq” ixtisasının tələbələri iştirak ediblər.
10 ali təhsil müəssisəsi arasında keçirilən yarışda Akademiyanın komandası ilk beşlikdə yer alıb.
Maraqlı və rəqabət şəraitində keçirilmiş yarışın sonunda komandaların hər bir üzvünə sertifikatlar təqdim olunub.