Baş səhifə
Xəbərlər
Akademiya
“Azərbaycanın əmək bazarında əsas çağırışlar və qeyri-formal məşğulluqla mübarizə” mövzusunda seminar keçirilib
“Azərbaycanın əmək bazarında əsas çağırışlar və qeyri-formal məşğulluqla mübarizə” mövzusunda seminar keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) “Azərbaycanın əmək bazarında əsas çağırışlar və qeyri-formal məşğulluqla mübarizə” mövzusunda maarifləndirici seminar keçirilib. Seminar Dövlət Məşğulluq Agentliyinin Əmək bazarının təhlili departamentinin şöbə müdirləri Bəhman Hüseynli və Mirsahib Eminov tərəfindən keçirilib.
Seminarda iştirakçılara müasir əmək bazarı:reallıq və perspektivlər, əmək bazarı və təhsil, qeyri-formal məşğulluq və onun mənfi təsirləri, əmək müqaviləsi ilə çalışmağın üstünlükləri, qeyri-formal məşğulluğa qarşı mübarizə tədbirləri və digər məsələlər haqqında ətraflı məlumat verilib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.