DGKA-da "CyberPulse" layihəsi çərçivəsində təlim keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasında AKTA-nın təşkilati dəstəyi ilə "CyberPulse" layihəsinin ilk təlimi keçirilib. MilliSec Kiber Təhlükəsizlik Şirkətinin mütəxəssisləri tərəfindən təşkil edilən təlimdə tələbələrə SIEM (Security Information and Event Management) texnologiyalarının tətbiqi, xüsusilə "Splunk" platforması haqqında geniş məlumat verilib.
Real dünyada rast gəlinən kibertəhlükəsizlik problemləri praktiki şəkildə nümayiş etdirilərək, iştirakçılara bu sahədə zəruri bacarıqlar öyrədilib.
Qeyd edək ki, "CyberPulse" layihəsinin əsas məqsədi kibertəhlükəsizlik sahəsində mütəxəssislərin hazırlanması, həmçinin yeni nəsil İT mütəxəssisləri üçün öyrənmə və təcrübə imkanlarının yaradılmasıdır.