Baş səhifə
Xəbərlər
Akademiya
DGKA-nın tələbəsi 60 uğurlu namizəddən biri olub

DGKA-nın tələbəsi 60 uğurlu namizəddən biri olub

Dövlət Gömrük Komitəsinin Akademiyasının İnformasiya təhlükəsizliyi ixtisasının IV kurs tələbəsi Fəridə Daşdəmirova İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və İsrailin “Technion” İnkişaf və Araşdırma Fondu tərəfindən İsrailin “Technion” İnkişaf və Araşdırma Fondu tərəfindən təsis olunan Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində kibertəhlükəsizlik sahəsi üzrə keçirilən təlimlərdə iştirak edir. Qeyd edək ki, Fəridə Daşdəmirova 2500-ə yaxın tələbənin müraciət etdiyi təlimlərin bütün seçim mərhələlərini uğurla tamamlayaraq təlimlərdə iştirak hüququ qazanan 60 nəfərdən biri olub.

“Technion” İnkişaf və Araşdırma Fondunun professor-müəllim heyəti tərəfindən ingilis dilində keçirilən 6 aylıq təlimlərin cari ilin dekabr ayının sonuna qədər davam etməsi nəzərdə tutulur.

Təlimin yekununda iştirakçılar qiymətləndirmənin nəticələrinə uyğun olaraq “Technion” İnkişaf və Araşdırma Fondunun müvafiq sertifikatını əldə edəcəklər.