Coders Azerbaijanla əməkdaşlıq uğurla davam edir
Dövlət Gömrük Komitəsinin Akademiyasının İnformasiya texnologiyaları və texniki elmlər kafedrasının müəllimi Asif Qanbayev “Coders Azerbaijan” tədris mərkəzinin məhsulu olan "Performance System"-in təqdimat günündə iştirak edib.
Almaniyanın Bildungswerk Der Baden qurumu və “Coders Azerbaijan” tədris mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə açılış nitqlərindən sonra Almaniyanın təhsil sistemi və ölkəmizdə kadr ehtiyacları müzakirə edilib, bir sıra ali təhsil müəssisələrin nümayəndələrinin iştirakı ilə panel müzakirəsi aparılıb. Daha sonra geniş funksionallıqları ilə fərqlənən "Performance System" adlı mobil tətbiq təqdim olunub.
"Elektron sistemlərin tədris prosesində rolu" adlı panel müzakirəsində digər iştirakçılarla yanaşı Asif Qanbayev də çıxış edərək rəqəmsal məlumat sistemlərinin günümüzdəki rolu və gələcək inkişaf perspektivləri barədə fikirlərini bölüşüb.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Akademiyası ilə “Coders Azerbaijan” şirkəti arasında 2022-ci ildə qurulan səmərəli əməkdaşlıq çərçivəsində tələbələrimizə nəzəri və praktiki bacarıqlar qazandıran bir çox layihələr və tədbirlər həyata keçirilib.