Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında “SABAH.HUB” İnnovasiya Mərkəzi ilə görüş keçirilib

Gömrük Akademiyasında “SABAH.HUB” İnnovasiya Mərkəzi ilə görüş keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında “SABAH.HUB” İnnovasiya Mərkəzi ilə əməkdaşlığa dair görüş keçirilib. Görüşdə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, “SABAH.HUB” İnnovasiya Mərkəzinin İdarə heyətinin üzvü Fərhad Paşayev və Akademiyanın əməkdaşları iştirak ediblər.

Akademiyanın rəisi Qulu Novruzov İT-nin dövlət təhlükəsizliyinin vacib komponentinə çevrildiyini qeyd edərək bu sahə üzrə kadr hazırılığı istiqamətində Akademiyada görülən işlər, gömrük sistemində rəqəmsallaşma sahəsində tətbiq edilən yeniliklər barəsində məlumat verib.

Daha sonra Mərkəzin İdarə heyətinin üzvü Fərhad Paşayev iki il öncə yaradılan və Azərbaycan innovasiya ekosistemində mühüm yer tutan Mərkəzin əsas fəaliyyət istiqamətlərindən bəhs edib.

Görüşdə əməkdaşlıq perspektivləri müzakirə edilib.