Gömrük Akademiyasında yaz semestrinin imtahan sessiyası yekunlaşıb
Dövlət Gömrük Komitəsinin Akademiyasında 2023/2024-cü tədris ilinin yaz semestrinin imtahan sessiyası yekunlaşıb.
5 həftə ərzində davam edən sessiya müddətində Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzovun müvafiq sərəncamı ilə imtahanların mövcud normativ sənədlər əsasında təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin tam təmin olunması, sessiyanın gedişi zamanı imtahanların nəticəsi ilə bağlı yarana biləcək narazılıqların araşdırılması və həll edilməsi məqsədilə İmtahan qərargahı və Apellyasiya Komissiyası yaradılıb. Apellyasiya Komissiyası daxil olan müraciətləri araşdıraraq operativ şəkildə müvafiq qərarlar qəbul edib.