Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında 2023/2024-cü tədris ilin yekunlarına dair Elmi Şuranın iclası keçirilib
Gömrük Akademiyasında 2023/2024-cü tədris ilin yekunlarına dair Elmi Şuranın iclası keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasının Elmi Şurasının növbəti iclası keçirilib. İclasın gündəliyinə 2023/2024-cü tədris ilinin yaz semestrinin yekunları və 2024/2025-ci tədris ilinin payız semetrinin kafedralar üzrə dərs yükü bölgüsü, yaz semetrinin imtahan sessiyasının, həmçinin layihə işlərinin və magistrlik dissertasiyalarının müdafiəsinin nəticələri və digər cari məsələlər daxil edilib.
Akademiyanın rəisi, Elmi Şuranın sədri, gömrük xidməti general-mayoru Qulu Novruzov iştirakçıları salamlayaraq şura üzvlərini iclasın gündəliyinə daxil olan məsələlər barədə məlumatlandırıb.
Daha sonra gündəlikdəki məsələlərin müzakirəsinə keçilib.
İclasda cari tədris ilinin yaz semestrində görülmüş işlər və tədrisin təşkili, nəzərdə tutulan fəaliyyətlər haqqında Akademiya əməkdaşlarının çıxışları dinlənilib.
Təqdim edilən çıxışlardan sonra Elmi Şura üzvlərinin, müvafiq struktur rəhbərlərinin cari məsələlər ətrafında fikirləri səsləndirilib.
Sonda müzakirə olunan məsələlər bağlı qərarlar qəbul edilib, struktur rəhbərlərinə müvafiq tapşırıqlar verilib.