Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının TGT sədri təltif olunub

Gömrük Akademiyasının TGT sədri təltif olunub

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTI) təşkilatçılığı ilə 2 fevral Gənclər Gününə həsr olunmuş "Dəmir Yumruq, Dəmir Gənclik" adlı tədbir keçirilib.

Tədbirdə 1997-ci ildə Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə təsdiq olunan gənclər gününün tarixindən, Ulu Öndərin gənclərə diqqət və qayğısından söz açılıb. Prezident İlham Əliyev tərəfindən gənclər siyasətinin uğurla davam etdirildiyi bildirilib. 44 günlük Vətən müharibəsində Azərbaycan gəncliyinin torpaqlarımızın azad olunmasında göstərdikləri qəhrəmanlıq və rəşadəti vurğulanıb.

Tədbirin sonunda "İlin Tələbə Gənclər Təşkilatı sədri" və "İlin Tələbə Gənclər Təşkilatı" nominasiyaları üzrə təltiflər təqdim olunub.

Sədrlik dönəmində xüsusi fəaliyyətlərinə görə 102 Tələbə Gənclər Təşkilatı sədri arasından "İlin Tələbə Gənclər Təşkilatı sədri" mükafatına Dövlət Gömrük Komitəsinin Akademiyası Tələbə Gənclər Təşkilatının sədri Orxan Yusifov da layiq görülüb.

İctimaiyyətlə əlaqələr şöbəsi