Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında magistrlik dissertasiyalarının müdafiəsi keçirilib
Gömrük Akademiyasında magistrlik dissertasiyalarının müdafiəsi keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasında 2023/2024-cü tədris ilində magistratura səviyyəsi üzrə təhsillərini başa vuran “Beynəlxalq iqtisadi hüquq” və “Gömrük işi” ixtisaslaşmalarının magistrantlarının dissertasiya işlərinin müdafiəsi keçirilib.
Magistratura səiyyəsi üzrə ixtisaslaşmış Elmi şura iclasları “Beynəlxalq iqtisadi hüquq” ixtisaslaşması üzrə Vəkillər Kollegiyasının sədri, h.ü.f.d. Anar Bağırov, “Gömrük işi” ixtisaslaşması üzrə Azərbaycan Respublikasının İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, i.e.d., prof. Vüsal Qasımlının sədrliyi ilə keçirilib.
Müdafiədə açılış nitqi ilə çıxış edən Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov qonaqları salamlayaraq müdafiə prosesi haqqında məlumat verib və iştirakçılara uğurlar arzulayıb.
Sonra tələbələr dissertasiya işlərinin mövzularına uyğun müxtəlif sahələr üzrə araşdırma və təhlilləri özündə əks etdirən təqdimatlarla çıxış edərək sualları cavablandırıblar.
Sonda müvafiq ixtisaslaşmış Elmi şuranın sədrləri və üzvləri çıxış edərək məzunlara uğurlar diləyiblər.