Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında layihə işlərinin müdafiəsi davam edir

Gömrük Akademiyasında layihə işlərinin müdafiəsi davam edir

Dövlət Gömrük Komitəsinin Akademiyasında IV kurs tələbələrinin təcrübə hesabatı / layihə işlərinin müdafiəsi başlayıb. 2023/2024-cü tədris ilində bakalavriat səviyyəsi üzrə təhsillərini başa vuran “Hüquqşünaslıq” ixtisasının tələbələrinin istehsalat təcrübəsi müddətində onlara gömrük fəailiyyəti ilə bağlı təyin edilmiş layihə işlərinin müdafiəsi keçirilib.

Müdafiədə "Hüquqşünaslıq" ixtisası üzrə Layihə işi Müdafiəsi Komissiyasının sədri Akademiyasının Hüquq və humanitar elmlər kafedrasının müdiri Hakim Əzizov, Komissiyanın üzvləri - Dövlət Gömrük Komitəsinin idarə rəisləri Ülvi Zülfüqarov, Vüqar Əsgərov, şöbə rəisi Elmir Şirinov, Komitə əməkdaşları Mehriban Əsgərova, Turanə Əyyublu, Elnur Qəhrəmanov, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun rəhbəri İlhamə Həsənova, BDU-nun professoru Midhəd Qəfərov və dosentləri Elnarə Mirzəyeva, Həbib Cəfərov, həmçinin Akademiyanın əməkdaşları iştirak ediblər.

Müdafiədə açılış nitqi ilə çıxış edən Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov qonaqları salamlayaraq müdafiə prosesi haqqında məlumat verib və iştirakçılara uğurlar arzulayıb.

Qonaqlar da çıxış edərək müdafiədə iştirak edən tələbələrə xoş arzularını çatdırıblar.

Sonra tələbələr layihə işlərinin mövzularına uyğun olaraq, müxtəlif sahələr üzrə araşdırma və təhlilləri özündə əks etdirən təqdimatlarla çıxış edib, sualları cavablandırıblar.

Qeyd edək ki, 2023/2024-cü tədris ilində Dövlət Gömrük Komitəsinin Akademiyasının bakalavriat səviyyəsi üzrə təhsillərini başa vuran "Hüquqşünaslıq", “İqtisadiyyat”, “Beynəlxaq ticarət və logistika” “İnformasiya təhlükəsizliyi” ixtisasları üzrə layihə işlərinin, magistratura səviyyəsi üzrə isə “Beynəlxalq iqtisadi hüquq” və “Gömrük işi” ixtisaslaşmalarının magistrantlarının dissertasiya işlərinin müdafiəsi keçiriləcək.