Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında layihə işlərinin müdafiəsi başlayıb

Gömrük Akademiyasında layihə işlərinin müdafiəsi başlayıb

Dövlət Gömrük Komitəsinin Akademiyasında IV kurs tələbələrinin təcrübə hesabatı / layihə işlərinin müdafiəsi başlayıb. 2023/2024-cü tədris ilində bakalavriat səviyyəsi üzrə təhsillərini başa vuran “Beynəlxalq ticarət və logistika” ixtisasının tələbələrinin istehsalat təcrübəsi müddətində onlara gömrük fəailiyyəti ilə bağlı təyin edilmiş layihə işlərinin müdafiəsi keçirilib.

Müdafiədə "Beynəlxalq ticarət və logistika" ixtisası üzrə Layihə işi Müdafiəsi Komissiyasının sədri Akademiyanın Gömrük işi və idarəetmə kafedrasının müdiri, i.ü.f.d. Elvin Əlirzayev, Komissiyanın üzvləri - Dövlət Gömrük Komitəsinin baş idarəsinin rəis müavini Samir Əhədov, idarə rəisi Fuad Məmmədov, şöbə rəisi Əliəkbər Heydərov, Akademiyanın müəllimi, i.ü.e.d., prof. Cümşüd Nuriyev və Akademiyanın əməkdaşları iştirak ediblər.

Müdafiədə açılış nitqi ilə çıxış edən Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov komissiya heyətini salamlayaraq müdafiə prosesi haqqında məlumat verib və Komissiyanın işinə uğurlar arzulayıb.

Komissiya sədri və üzvləri də çıxış edərək müdafiədə iştirak edən tələbələrə xoş arzularını çatdırıblar.

Daha sonra tələbələr layihə işlərinin mövzularına uyğun olaraq, müxtəlif sahələr üzrə araşdırma və təhlilləri özündə əks etdirən təqdimatlarla çıxış edib komissiyanın suallarını cavablandırıblar.

Qeyd edək ki, 2023/2024-cü tədris ilində Dövlət Gömrük Komitəsinin Akademiyasının bakalavriat səviyyəsi üzrə təhsillərini başa vuran "Hüquqşünaslıq", “İqtisadiyyat”, “Beynəlxaq ticarət və logistika” “İnformasiya təhlükəsizliyi” ixtisasları üzrə layihə işlərinin, magistratura səviyyəsi üzrə isə “Beynəlxalq iqtisadi hüquq” və “Gömrük işi” ixtisaslaşmalarının magistrantlarının dissertasiya işlərinin müdafiəsi keçiriləcək.