Baş səhifə
Xəbərlər
Akademiya
DGKA-nın “Brend tələbə”ləri mükafatlandırılıb

DGKA-nın “Brend tələbə”ləri mükafatlandırılıb

Dövlət Gömrük Komitəsinin Akademiyasında AzEdu.az Təhsil Portalının nümayəndələri ilə görüş keçirilib. Akademiyanın əməkdaşlarının və tələbələrinin iştirakı ilə baş tutan görüşdə AzEdu.az Təhsil Portalının icraçı direktoru Tünzalə Abbasova və Təhsil Portalının müxbiri Sifayə Abbaslı iştirak ediblər.

Görüşdə AzEdu.az və DGKA-nın birgə təşkilatçılığı ilə Akademiyada təhsil alan “Brend tələbə” statusuna layiq görülmüş tələbələri təltif ediliblər.

Tədbirdə çıxış edənlər tələbələr arasında sağlam rəqabətlilik mühiti yaratmaq, onların motivasiyasının artırılması istiqamətində həyata keçirilən bu cür layihələri yüksək qiymətləndirərək “Brend tələbə” adına layiq görülən tələbələri təbrik edib onlara gələcək fəaliyyətlərində uğurlar arzu ediblər.

İnteraktiv formada keçən görüşdə tələbələr özləri barəsində məlumat verərək layihə ilə bağlı fikirlərini bölüşüblər.

Sonda isə xüsusi meyarlara uyğun seçilərək “Brend tələbə” adını qazanan Akademiyanın 10 tələbəsinə sertifikatlar təqdim edilib.

Dövlət Gömrük Komitəsinin Akademiyasının "Brend tələbə" statusuna layiq görülmüş tələbələri aşağıdakılardır:

1. Seyidov Mirəli İxtiyar oğlu - Hüquqşünaslıq ixtisası, III kurs;

2. Əsgərxanov Ramazan Mahir oğlu - Hüquqşünaslıq ixtisası, IV kurs;

3. Bayramov Mahmud Xəyyam oğlu - Hüquqşünaslıq ixtisası, IV kurs;

4. Hüseynzadə Hüseyn Nazim oğlu - Beynəlxalq ticarət və logistika ixtisası, IV kurs;

5. Abasov Cəlal Murad oğlu - Beynəlxalq ticarət və logistika ixtisası, IV kurs;

6. Hacıyev Təvəkkül Ələkbər oğlu - İqtisadiyyat ixtisası, IV kurs;

7. Məlikzadə Şəfa İlham qızı - İqtisadiyyat ixtisası, IV kurs;

8. Daşdəmirova Fəridə Səyyaf qızı - İnformasiya təhlükəsizliyi ixtisası, III kurs;

9. Səlimli Aynur Elxan qızı - İnformasiya təhlükəsizliyi ixtisası, IV kurs;

10. Qurbanov Əli Murad oğlu - İnformasiya texnalogiyaları ixtisası, III kurs.