Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının rəhbərliyinin ENACTUS komandası ilə görüşü keçirilib

Gömrük Akademiyasının rəhbərliyinin ENACTUS komandası ilə görüşü keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov Akademiyanın "Enactus" komandası ilə görüşüb.

Görüş zamanı Akademiyanın “ENACTUS” komandası tərəfindən iki yeni layihə təqdim edilib.

İlk olaraq Akademiyanın tələbələri Təvəkkül Hacıyev və Məsumə Cəbrayılzadə “Appdoctor’’ layihəsi, Leyla Əliyeva və Nicat İsayev isə “Antireceipt’’ layihəsi ilə çıxış ediblər. Bildirilib ki, birinci layihə tibb sahəsində ölkədə mövcud problemlərin innovativ həllinə, digər layihə isə COP-29 tədbiri istiqamətində bəzi ekoloji məsələlərin həllinə yönəldilibdir. Təqdimatlardan sonra komandanın Enactus Dünya Kuboku simulyasiyasında olan çıxışı haqqında müzakirələr aparılıb.

ENACTUS layihələri ilə tanış olan Akademiyanın rəisi Qulu Novruzov layihə işlərinin təkmilləşdirməsi ilə bağlı rəy və təkliflərini tələbələrlə bölüşüb.

Qeyd edək ki, cari ilin 17-19 may tarixlərində ENACTUS Azərbaycanın keçirdiyi “Enactus Dünya Kuboku Simulyasiyasi 2024” düşərgəsində Akademiyanın ENACTUS komandası layihə simulyasiyasında 7 ali təhsil müəssisəsinin mübarizə apardığı birinci liqada ikinci yeri tutaraq finalda iştirak etmək hüququ qazanmışdır.

12-16 avqust tarixlərində keçiriləcək “Enactus Dünya Kuboku”nun final mərhələsində isə qalib gələn komanda Qazaxıstanda ölkəmizi təmsil edəcəkdir.

Tələbələrimizə uğurlar arzulayırıq!