Gömrük Akademiyasında “Codelandia” Tədris Mərkəzi ilə görüş keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasında “Codelandia” Tədris Mərkəzi ilə əməkdaşlığa dair görüş keçirilib. Görüşdə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, “Codelandia” Tədris Mərkəzinin direktoru Günel Cənnətova, mərkəzin icraçı direktoru Ümüd Osmanov, layihələr üzrə koordinatoru Türkan Məmmədova və Akademiyanın əməkdaşları iştirak ediblər.
Qonaqları salamlayan Akademiyanın rəisi Qulu Novruzov İT sahəsi üzrə kadr hazırılığında rəqabətqabiliyyətli ali təhsil müəssisəsi olan Akademiyanın fəaliyyət istiqamətləri barədə məlumat verərək təhsil sahəsində əməkdaşlığın önəmindən bəhs edib.
Daha sonra Mərkəzin direktoru Günel Cənnətova İT sahəsində ixtisaslı mütəxəssislər hazırlayan Tədris Mərkəzinin fəaliyyətindən söz açaraq təlimlərin təşkili barəsində məlumat verib.
Görüşdə əməkdaşlıq perspektivləri müzakirə edilib.