Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının əməkdaşları Vətən müharibəsi şəhidlərinin xatirəsini yad ediblər

Gömrük Akademiyasının əməkdaşları Vətən müharibəsi şəhidlərinin xatirəsini yad ediblər

44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımız Piriyev Raul Zabit oğlunun və Babayev Rəşad Ağabəy oğlunun doğum günü münasibətilə Dövlət Gömrük Komitəsinin Akademiyasının bir qrup əməkdaşı Sabunçu rayonu Maştağa qəsəbəsində şəhidlərin məzarlarını ziyarət edərək önlərinə gül dəstələri düzüb, ruhlarına dualar oxuyub, əziz xatirələrini dərin ehtiramla yad ediblər.

Həmçinin Akademiyanın əməkdaşları Azərbaycan Texniki Universitetinin (AzTU) Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan məzunu Raul Piriyevin doğum günü münasibətilə AzTU-da keçirilən tədbirdə də iştirak ediblər.

Əməkdaşlar Akademiyanın rəhbərliyi və kollektivi adından şəhidlərin ailə üzvlərinə dərin hüznlə başsağlığı verib, səbir diləyərək dövlət müstəqilliyimizin və ərazi bütövlüyümüzün uğrunda canını fəda edən, qorxmadan ölümə gedən cəsur vətən övladlarının xatirəsinin hər zaman əziz tutulacağını bildiriblər.

Allah rəhmət eləsin!

Şəhidlər ölməz, Vətən bölünməz!