Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında “Dropshipping” ilə bağlı seminar keçirilib

Gömrük Akademiyasında “Dropshipping” ilə bağlı seminar keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında "Droptech Academy"nin təlimçiləri tərəfindən “Dropshipping” mövzusunda maarifləndirici seminar keçirilib.

Seminarda açılış nitqi ilə çıxış edən Akademiyanın Gömrük işi və idarəetmə kafedrasının müdiri, i.ü.f.d. Elvin Əlirzayev mövzunun aktuallığı barəsində bəhs edib. O çıxışında bildirib ki, elektron ticarət ölkəmizdə yeni olmasına baxmayaraq qlobal ticarətdə baş verən yeniliklərə uyğun işlər görən çox sayda sahibkarlar vardır. Bunların bir çoxu ForEX, kriptovalyuta və digər maliyyə bazarlarında fəaliyyət göstərir. Daha sonra, E. Əlirzayev "Droptech Academy" MMC-nin rəhbəri Fərhad Bağırovu, şirkətin əməkdaşlarını və seminar mövzusunu tələbələrə təqdim edib.

Görüş zamanı "Droptech Academy"nin təlimçiləri tərəfindən “E-ticarətdə Ebay Dropshipping” mövzusu üzrə tələbələrə şəxsi biznes qurmağın yolları, onlayn ticarətin önəmi, eləcə də “dropshipping” və Ebay platformasında bunun tətbiq imkanlarından bəhs edilib. Həmçinin, onlayn ticarətin necə aparıldığı yöndə fikir mübadiləsi aparılaraq onlayn ticarət platformalarının fərqli və üstün cəhətləri barəsində məlumat verilib.

Sonda mövzu ilə bağlı tələbələrin sualları cavablandırılıb.