Baş səhifə
Xəbərlər
Akademiya
DGKA-nın tələbələri 31 mart - Azərbaycanlıların Soyqırım Gününə həsr olunmuş bilik yarışında iştirak ediblər

DGKA-nın tələbələri 31 mart - Azərbaycanlıların Soyqırım Gününə həsr olunmuş bilik yarışında iştirak ediblər

Dövlət Gömrük Komitəsinin Akademiyasının Tələbə Gənclər Təşkilatı nəzdində fəaliyyət göstərən İntellektual Oyunlar Klubunun və Milli Aviasiya Akademiyasının TGT İntellektual Oyunlar Klubunun birgə əməkdaşlığı çərçivəsində 31 mart - Azərbaycanlıların Soyqırım Gününə həsr olunmuş “Breyn Rinq” intellektual yarışı keçirilib.

Gənclərin intellektual bilik və bacarıqlarının qiymətləndirilməsi və inkişafı məqsədini daşıyan yarışda ümumilikdə 8 komanda iştirak edib. Gərgin və maraqlı keçən mübarizənin sonunda DGKA-nın “Error120!” və “Genesis” komandaları uğurlu nəticə göstərərək II və III yerlərə layiq görülüblər.