Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında yaz semestrinə hazırlıqla bağlı professor-müəllim heyəti ilə ənənəvi görüş keçirilib
Gömrük Akademiyasında yaz semestrinə hazırlıqla bağlı professor-müəllim heyəti ilə ənənəvi görüş keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasında 2023/2024-cü tədris ilinin yaz semestrində tədrisə cəlb olunan müəllimlərlə görüş keçirilib. Yeni semestrdə tədris prosesinin əsas fəaliyyət istiqamətlərinin müzakirəsi məqsədilə keçirilən görüşdə Akademiyanın rəhbərliyi, əməkdaşları və tədrisə cəlb olunan professor-müəllim heyəti iştirak ediblər.
Tədbirdə çıxış edən Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov iştirakçıları salamlayaraq Akademiyada innovativ və səmərəli texnologiyaların tətbiqi ilə həyata keçirilən tədris prosesi haqqında bəhs edib. Akademiya rəisi yeni nəslin yetişdirilməsində müəllimlərin vacib rolundan danışaraq müasir dövrümüzdə kibertəhlükəsizlik sahəsi üzrə kadr hazırlığının önəmini xüsusilə diqqətə çatdırıb. Həmçinin, Q. Novruzov qeyd edib ki, cənab Prezident İlham Əliyevin andiçmə mərasimindəki nitqində qeyd etdiyi vacib məsələlər ölkəmizin davamlı inkişafı üçün bizim də qarşımıza yeni tələblər qoyur. O, cari tədris ilində Akademiyanın pedaqoji heyətinin qarşıda duran bütün vəzifələrin öhdəsindən layiqincə gələcəyinə əminliyini ifadə edərək yeni semestrdə professor-müəllim heyətinə uğurlar arzu edib.
Daha sonra Akademiyanın müvafiq struktur bölmələrinin əməkdaşları çıxış edərək yaz semestrində tədris prosesinin təşkili, keçirilən dərslərin effektivliyinin artırılması, tələbələrin biliyinin qiymətləndirilməsi və digər məsələlərlə bağlı ətraflı məlumat veriblər.
Görüşdə müzakirə edilən məsələlərlə bağlı müəllimlərin rəy və təkliflərinə münasibət bildirilib və onların sualları cavablandırılıb.