Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının əməkdaşları və tələbələri ADA Universitetində keçirilən elmi-praktik konfrans-seminarda iştirak ediblər

Gömrük Akademiyasının əməkdaşları və tələbələri ADA Universitetində keçirilən elmi-praktik konfrans-seminarda iştirak ediblər

ADA Universitetinin Hüquq fakültəsi və Nyu-York Universitetinin Hüquq fakültəsinin “Transmilli məhkəmə çəkişmələri, arbitraj və kommersiya hüququ üzrə mərkəz”inin birgə təşkilatçılığı ilə “Qloballaşan dünyada beynəlxalq arbitraj: fundamental anlayışlara və perspektivlərə çağırışlar” adlı elmi-praktik konfrans-seminar keçirilib. Tədbirdə digər iştirakçılarla yanaşı “Hüquq və humanitar elmlər” kafedrasının müdiri Hakim Əzizov, Əlavə təhsil şöbəsinin böyük mütəxəssisi Yavər Məmmədova və Akademiyanın tələbələri iştirak ediblər.

Konfrans-seminar öz işinə ADA Universitetinin prorektoru, eləcə də İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadənin açılış nitqi ilə başlayıb.

Tədbirdə ADA Universitetinin professorları ilə yanaşı Nyu-York Universiteti, Paris-Şərq Universiteti, Svanse Universiteti professorları, həmçinin beynəlxalq və yerli hüquq şirkətlərində müvafiq sahə üzrə çalışan aparıcı hüquqşünaslar çıxış ediblər.

Qeyd edək ki, dörd sessiyadan ibarət olan tədbirdə “Arbitrajda tərəflərin müstəqilliyi”, “Effektivlik - vaxt və xərc məsələləri”, “Qüvvədə olan Nyu-York Konvensiyasının vahid rejimi” və “Arbitrajın gələcək perspektivləri” mövzularında elmi müzakirələr aparılıb.