Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının tələbələri “Coders Azerbaijan”ın “Data Analitika” proqramından məzun olublar

Gömrük Akademiyasının tələbələri “Coders Azerbaijan”ın “Data Analitika” proqramından məzun olublar

Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin "Technest" Təqaüd proqramı və DGKA ilə “Coders Azerbaijan”ın əməkdaşlığı çərçivəsində təşkil edilən “Data Analitika” proqramını başa çatdırıblar. Bu münasibətlə “Coders Azerbaijan”ın təşkil etdiyi məzuniyyət tədbirində digər iştirakçılarla yanaşı Akademiyanın əməkdaşları və proqramdan məzun olan Akademiya tələbələri də iştirak ediblər.

Həm "Technest" təqaüd proqramı üzrə təhsil alan tələbələrin, həm də "Data Analitika" qrupunun məzun günündə çıxış edən “Coders Azerbaijan”ın həmtəsisçisi və idarə heyətinin üzvü Seymur Həmidov tədris proqramları haqqında məlumat verərək məzunlara göstərilən dəstəkdən bəhs edib.

Tədbirdə Akademiyanın şöbə rəisi İslam Hüseynov çıxış edərək tələbələrin bu cür təlim layihələrində iştirakının önəmini vurğulayaraq Akademiyanın tərəfdaşı olan “Coders Azerbaijan”la qurulan səmərəli əməkdaşlıq əlaqələrinin inkişafından bəhs edib.

Daha sonra Akademiyanın tələbələri 7 ay müddətində davam edən proqram zamanı qazandıqları bilik və bacarıqlar əsasında komandalar şəklində hazırladıqları layihələri təqdim ediblər.

Sonda iştirakçılara sertifikatlar və hədiyyələr təqdim olunub.